CƏMİYYƏT


İsrailin Azərbaycandakı səfiri Müdafiə Sənayesi Nazirliyində olub

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 2-də müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycandakı səfiri Dan Stav ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Y.Camalov Azərbaycan ilə İsrail arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfir Dan Stav səmimi görüşə görə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.