SİYASƏT


İsrailin Baş naziri Benyamin Netanyahu Şəhidlər xiyabanını ziyarət edib

A+ A

Bakı, 13 dekabr, AZƏRTAC

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu və xanımı Sara Netanyahu dekabrın 13-də Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Baş nazir Benyamin Netanyahu Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının mənzərəsini seyr edən İsrailin Baş nazirinə və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.