DÜNYA


İsrailin “Dimona” AES-i Şimon Peresin adını daşıyacaq

A+ A

Bakı, 9 oktyabr, AZƏRTAC

İsrailin “Dimona” Atom Elektrik Stansiyası (AES) bundan sonra ölkənin mərhum prezidenti Şimon Peresin adını daşıyacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin mətbuata bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, İsraildə nüvə sənayesinin “ata”sı hesab edilən Şimon Peres ölkənin təhlükəsizliyi üçün olduqca əhəmiyyətli olan bu stansiyanın ərsəyə gəlməsi üçün çox iş görüb. Ölkənin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında hökumət üzvlərini bu barədə məlumatlandırıb.

Qeyd edək ki, “Dimona” AES 1962-ci ildə istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.