Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İsrailin Prezidenti Reuven Rivlindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü günü mənə imkan yaradır ki, İsrail xalqı adından və öz adımdan Sizə şəxsi əmin-amanlıq, Azərbaycanın davamlı inkişafı və xalqın rifahı üçün ürəkdən gələn ən xoş arzularımı çatdırım.

Zati-aliləri, xahiş edirəm Sizə olan böyük hörmət və səmimiyyətimi qəbul edin.

Hörmətlə,

 

Reuven Rivlin

İsrailin Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin