Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İsrailin “Yediot Ahronot – Ynet” qəzetində Bakının müasir siması haqqında məqalə dərc edilib

İsrailin “Yediot Ahronot – Ynet” qəzetində Bakının müasir siması haqqında məqalə dərc edilib

Bakı, 26 fevral, AZƏRTAC

İsrailli məşhur jurnalist Eldad Bek bu yaxınlarda Azərbaycanda səfərdə olub. Onun səfər təəssüratları haqqında “Sizin tanıdığınız Bakı deyil” adlı məqaləsi İsrailin ən populyar ivritdilli nəşri olan “Yediot Ahronot – Ynet” qəzetinin saytında dərc edilib (http://www.ynet.co.il/articles/0,7340,L-4622561,00.html).

Məqalə müəllifi yazır ki, Azərbaycanın paytaxtı - öz möhtəşəm mehmanxanaları, zənginliyinə görə tayı-bərabəri olmayan mətbəxi, çoxsaylı barları, maraqlı gecə həyatı, muzeyləri, heyrətamiz tarixi məkanları, yeni dənizkənarı bulvarı ilə qonaqlara hər kəsin zövqünə uyğun müxtəlif əyləncələr təklif edə bilən Bakı əsl turizm mərkəzinə çevrilib.

Rusiya kommunistlərin əlinə keçəndə qitənin ucqar şərqindən Avropaya gedib çıxmış ən maraqlı şəxsiyyətlərdən biri olan Əsəd bəy 1929-cu ildə çapdan çıxmış və dərhal bestsellerə çevrilmiş “Şərqdə neft və qan” adlı avtobioqrafik əsərinin ilk səhifələrində Bakını belə təsvir edir: “Qırx il bundan əvvəl Bakı səhraya bənzəyirdi. Əslində elə bu gün də Bakı müəyyən mənada səhra kimi qalır. Lakin o vaxt burada Avropa şəhərlərindəki küçələrə azacıq da olsa oxşayan heç bir küçə yox idi. Yayın qızmar günlərində sakinləri istidən qoruya biləcək bircə ağac da yox idi. Şəhər əsasən çiy kərpicdən tikilmiş daxmalardan ibarət idi. Qumlu səhrada tikilmiş bir neçə saray isə qalın divarlarla əhatə olunmuşdu. Bu sarayların qalın divarları onun sakinlərini günəşdən bir qədər qoruyurdu. Şəhərdə Şərqin başqa yerlərində adi hal olan su mənbələri də yox idi. Suyu uzaqdan gətirirdilər və o, yalnız içmək və çimmək üçün kifayət edirdi. İstilər dözülməz olanda şəhərin yaşlı sakinləri evlərindən çıxıb dəniz sahilinə gedir, orada nisbətən sərinləyirdilər”.

1905-ci ildə Bakıda yəhudi ailəsində anadan olmuş Əsəd bəyin əsl ad-soyadı Lev Nusenbaum olub. Atası neft maqnatı idi. İnqilabçıları fəal dəstəkləyən anası isə gənc yaşlarında dünyasını dəyişib. Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndən sonra Lev Nusenbaum atası ilə birlikdə Bakıdan qaçır. Onlar bir müddət Şərqə səyahət edir, sonra Parisə, daha sonra Berlinə gəlirlər. Burada İslam dinini qəbul edən Lev Əsəd bəy təxəllüsü ilə Qafqaz və İslam dini haqqında kitablar yazmağa başlayır. Onun digər təxəllüsü Qurban Səid olub. Bu təxəllüslə yazdığı “Əli və Nino”, “Qızıl Buynuzdan olan qız” kitabları Azərbaycanın hüdudlarını aşıb beynəlxalq hitə çevrilib.

Sovet hakimiyyəti illərində azərbaycanlılar Əsəd bəyin böyük ədəbi uğurları barədə heç nə bilmirdilər. Yalnız Azərbaycan Moskvanın tabeliyindən çıxıb müstəqillik əldə edəndən sonra Əsəd bəyin şöhrəti doğulduğu ölkəyə çatıb. Əvvəlcə Almaniyada, sonra isə Avstriyada nasistlər hakimiyyətə gələndə yarı yəhudi, yarı müsəlman olan Nusenbaum Mussolininin pərəstişkarı idi. Elə bu səbəbdən o, İtaliyanın dəniz sahillərində yerləşən Pozitano adlı mənzərəli kiçik şəhərdə sığınacaq tapır və 1942-ci ildə xəstə, dilənçi vəziyyətində orada vəfat edir.

Eldad Bek yazır ki, Xəzər sahilində yerləşən Azərbaycan qədim vaxtlardan – neftə “qara qızıl” deyilməyə başlanandan xeyli əvvəl Odlar Yurdu adlanırdı. Məqalə müəllifi yazır: “Bakının birdən-birə qazandığı sərvət, sanki əbədi olacaqdı. Şəhərin varlı sakinlərini Avropanın paytaxt şəhərlərində ən yaxşı memarların hazırladığı layihələr üzrə saraylar tikdirirdilər. Bakı Fars körfəzindəki ərəb monarxiyalarından xeyli əvvəl Odlar şəhəri olub. Kommunist rejimi dövründə onilliklər boyu baxımsız qalmış, Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistanla müharibədən sonra neft və qaz ixracından əldə edilən gəlir sayəsində yenidən dirçəlmiş Bakı əvvəlki ucaldılmış İçərişəhər bərpa edilib və UNESCO tərəfindən dünya mədəni irsi obyekti kimi tanınıb”.

Eldad Bek qeyd edir ki, son illərdə Bakıda çox zəngin kolleksiyaları olan muzeylər açılıb. O yazır: “Münasib qiymətli mehmanxanalardan başlamış prestijli bahalı otellərə qədər müxtəlif səviyyəli qonaq evlərinin qapıları müştərilərin üzünə açıqdır. Nəqliyyatın hərəkəti qadağan edilmiş, gözəlliyi ilə göz oxşayan Nizami küçəsində yerləşən mağazalarda və ticarət mərkəzlərində ən yaxşı brendlər satılır. Yerli və beynəlxalq restoranlar, çoxsaylı pablar şəbəkəsi ağzının dadını bilən insanlar üçün çox geniş çeşidli seçim təklif edir. Turizm sahəsinin inkişafına xeyli sərmayə qoymuş Azərbaycan hökuməti bu işdə İsrailin də təcrübəsindən bəhrələnib. Məsələn, hazırda İsrail mehmanxanalarında 100-ə yaxın azərbaycanlı təcrübə keçir. Yaxın vaxtlara qədər Qərbdə çox adamın tanımadığı Bakı dünya xəritəsində yenidən parlamaq istəyir. Bu şəhərin öz qonaqlarına təklif etdiyi görməli yerlərin bəziləri barədə burada söhbət açmağı qərara aldıq.

Müəllif qeyd edir ki, İçərişəhərin yaxınlığında, xalça formasında uzunsov binada yerləşən gözəl Xalça Muzeyi həmin binaya ilyarım bundan əvvəl köçüb. Ölkənin çoxəsrlik ənənələrindən biri olan Azərbaycan xalça sənətinə həsr edilmiş bu muzeyin kolleksiyasında 40.000 xalça var. Muzeyin üç mərtəbəsində yerləşən daimi ekspozisiyada bir neçə yüz xalça nümayiş etdirilir. Azərbaycan xalçaçılıq məktəbləri adətən yeddi coğrafi məkan üzrə adlanır. Onlardan ən məşhurları hazırda İran ərazisində yerləşən Cənubi Azərbaycanın paytaxtı Təbrizin adını daşıyan xalça məktəbi və XX əsrin 90-cı illərinin əvvəlində Ermənistanla qanlı müharibənin gedişində işğal edilmiş bölgənin adını daşıyan Qarabağ xalça məktəbidir. Azərbaycan xalça sənətinin bəzi nadir nümunələrinə dünyanın ən məşhur muzeylərində və əlbəttə, Bakının özündə rast gəlmək olar.

Azərbaycan ədəbiyyatına yaxşı bələd olan müəllif qeyd edir ki, Nizami adına Ədəbiyyat Muzeyinin neoklassisizm üslubunda tikilmiş gözəl binası İçərişəhərin yaxınlığında, Fəvvarələr meydanı rayonunda yerləşir. Eldad Bek yazır: “Bu möhtəşəm muzeyin eksponatları tamaşaçıları azərbaycanlıların, dəfələrlə işğala məruz qalan türk xalqının heyrətamiz mədəni inteqrasiya və müxtəlifliyə əsaslanan zəngin ədəbi yaradıcılığı ilə tanış edir. Muzeyin geniş zallarında yerli yazıçılar və onların əsərləri ilə bağlı müxtəlif tarixi eksponatlar Azərbaycan ədəbiyyatının qədim dövrlərdən zəmanəmizə qədər keçdiyi tarixi yolu əks etdirir. Muzey binasının özünün də maraqlı tarixi var. Bu binanın birinci mərtəbəsi XIX əsrin ortalarında karvansara kimi tikilib, sonradan Bakının sərvəti artanda binaya daha bir mərtəbə əlavə edilib. Vaxtilə çox dəbdəbəli olması ilə seçilən “Metropol” oteli bu binada yerləşib. XX əsrdə Azərbaycan ilk dəfə müstəqillik əldə edəndə - 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasları bu binada keçirilirdi. 1939-cu ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə yaradılmış Ədəbiyyat Muzeyi o vaxtdan bu binada fəaliyyət göstərir. Muzey oraya gələnlərə ingilis dilində ekskursiya xidmətləri təklif edir”.

Müəllif yazır ki, Şirvanşahlar Sarayı İçərişəhərdə yerləşən tarixi binalar kompleksidir. Eldad Bek vurğulayır: “Saray kompleksinə sarayın özündən əlavə məscid, məqbərə, hamam və möhtəşəm darvazalar da daxildir. Bu saray XV əsrdə Şirvanşahlar dövlətinin paytaxtı olmuş Bakı şəhərinin tarixi muzeyi hesab edilə bilər. Sarayda arxeoloji eksponatlar sərgisi də nümayiş etdirilir. Burada bir neçə xarici dildə ekskursiya xidmətləri təklif olunur”.

Müəllif yazır ki, Şirvanşahlar sarayının yaxınlığında İçərişəhərin ən mənzərəli küçələrindən birində dünyada yeganə olan Miniatür Kitab Muzeyi yerləşir. İsrailli jurnalist Eldad Bek ən populyar ivritdilli nəşr olan “Yediot Ahronot – Ynet” qəzetinin saytında dərc edilmiş məqaləsini bu sözlərlə tamamlayır: “Miniatür Kitab Muzeyində dünyanın 71 ölkəsində müxtəlif vaxtlarda və müxtəlif dillərdə dərc edilmiş 5500 kitab toplanıb. Bu kitabların ən kiçiyi Yaponiyada nəşr edilib. Onun ölçüləri cəmi 2x2 millimetrdir. Muzeydə kommunizm dövrünə xas olan nəşrlərlə yanaşı, Quran, Zəbur və Bibliya, Şekspirin, Heynenin, Balzakın əsərləri, habelə Azərbaycan prezidentlərinin kitabları da nümayiş etdirilir. Bu nəşrlər şəxsi kolleksiyanın bir hissəsidir. Həmin kolleksiya üzərində iş 30 ildən çoxdur ki, davam edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq