Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İsrail saytı: Müasir Ermənistan rəhbərliyi faşizmi dövlət səviyyəsində necə təbliğ edə və göylərə qaldıra bilər?

İsrail saytı: Müasir Ermənistan rəhbərliyi faşizmi dövlət səviyyəsində necə təbliğ edə və göylərə qaldıra bilər?

Bakı, 29 may, AZƏRTAC 

İsrailin “Zamanın çağırışları” analitik informasiya portalında ekspertlər Mila Abramoviç və Arye Qutun Yerevanda faşist generalı Njdeyə abidə qoyulmasına həsr edilmiş “Ermənistanda Hitlerə abidəmi ucaltmağa hazırlaşırlar?” sərlövhəli məqaləsi dərc olunub.

Yerevanda, Ermənistan hökuməti binasının üçüncü korpusu qarşısında “böyük” hərbi və siyasi xadim, XX əsrin əvvəlində erməni milli-azadlıq hərəkatının “qəhrəmanı” Qaregin Njdeyə abidə qoyulması barədə xəbərə münasibət bildirən məqalə müəllifləri yazırlar: “General Njde faşist olmasaydı, erməni legionu ilə birlikdə xalqımızın məhv edilməsində iştirak etməsəydi, bu bizim üçün adi xəbər olardı. General Njde həqiqətən də vermaxtın erməni legionunun generalı olub. Hitler hakimiyyətə gələndən sonra Njde erməni diasporundan hitleryönümlü “Tseqakron” təşkilatı yaratmağa başlayıb, 1942-ci ildə isə vermaxt tərkibində erməni legionu yaratmağa başlayıb. Xalqımız üçün Holokost ağrı, məşəqqət, həqarət, təhqir, vəhşilik, barbarlıq, general Njdenin başçılığı ilə erməni legionunun xidmətlərindən istifadə edən azğınlaşmış və qudurğan faşist rejimi tərəfindən kütləvi məhvetmə deməkdir.

Holokost barədə ilk dəfə müasir Ukrayna ərazisində yaşayan bütün doğmalarını bu soyqırımında itirən yaşlı nəsildən eşitmişik. Bəziləri möcüzə sayəsində xilas olublar və Qızıl Ordu sıralarında Kiyevdən Berlinə gedib çıxıblar. Avropa yəhudilərinin fəlakətinə çevrilən Holokost nəticəsində 6 milyon yəhudi məhv edilib. İndi müasir Ermənistan rəhbərliyinin erməni faşisti - general Njdeyə abidə qoyması haqqında xəbər babalarımızın və nənələrimizin bu barədə danışdıqları uşaqlıq illərimizdə olduğu kimi bizi yenidən sarsıtdı. Bu xəbər bizi sözün əsl mənasında ildırım kimi vurdu. Biz sual veririk: “Müasir Ermənistanın rəhbərliyi faşizmi dövlət səviyyəsində necə təbliğ edə və göylərə qaldıra bilər?”

Məqalə müəlliflərinin fikrincə, Ermənistanda antisemit əhval-ruhiyyənin güclənməsi və hələ də davam etməkdə olan iqtisadi tənəzzül yəhudiləri Ermənistanı tərk etməyə məcbur edib. Yəhudilər indiyə qədər zorakılığa məruz qalırlar. Bu da televiziyada antisemit ruhlu verilişlərin yayımlanmasında, habelə Yerevanda Holokost qurbanlarının xatirə lövhəsinin dəfələrlə təhqir edilməsində təzahür olunur. Məqalə müəllifləri yazırlar: “Sirr deyil ki, belə faktlara başqa ölkələrdə də rast gəlmək olar. Səbəbi əhalinin bir hissəsinin məlumatsızlığıdır. Amma Ermənistanda antisemit baxışlar və fikirlər erməni siyasətçilərinin və KİV nümayəndələrinin münasibətinin ayrılmaz tərkib hissəsidir. Bir neçə il əvvəl Yerevanda, Yazıçılar Evində Romen Yepiskoposyanın erməni və rus dillərində nəşr edilmiş “Milli sistem” kitabının təqdimatı olub. Onda “Ermənistanın yəhudi icmasının” rəhbəri deyilən Rimma Varjapetyan yəhudi xalqının şərəf və ləyaqətini, faşistlər tərəfindən məhv edilən altı milyon yəhudinin xatirəsini müdafiə etmək əvəzinə bəyan edib ki, “bu kitab elə bir vasitə kimi düşünülüb ki, onun köməyi ilə hansısa milli sistemi formalaşdırmağa başlamaq olar”. Burada qondarma “yəhudi icmasının” başçısına belə bir məntiqi sual yaranır: əgər o özünü yəhudi xalqının nümayəndəsi hesab edirsə, onda dəlilsiz-sübutsuz Holokostun mif olduğunu bəyan edən bu qatı antisemit və erməni şovinisti Romen Yepiskoposyanla necə razılaşa bilər? Yəqin ki, başı yalançı şahidliyə o dərəcədə qarışıb ki, tanınmış yəhudi ictimai xadimi Simon Vizentalın sözlərini unudub. S.Vizental yazırdı ki, “yəhudilər Holokostu daim xatırlamalıdırlar, o, hər bir yəhudi və bütövlükdə yəhudilik üçün yəhudi tarixində bir növ nasizmin yenidən baş qaldırmasının və Holokostun inkarının yolverilməz olduğu dönüş nöqtəsinə çevrilməlidir”. Bəs xanım Varjapetyan nə edir? O, neonasistləri və antisemitləri təkcə erməni olduqlarına görə müdafiə edir. Yeri gəlmişkən, o, erməni millətçilərinin faşist əsirliyində saxlanılan, 22 ildir əsarətdə dəhşətli əzablara və təhqirlərə məhkum olan yəhudi Vüqar Mixaylov ilə indiyədək maraqlanmayıb”.

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun nüfuzlu alimi Moisey Bekker göstərirdi ki, bir neçə il əvvəl məhz Rimma Varjapetyan “Ermənistanda antisemitizm” adlı hesabatında erməni tarixi dərsliklərində və Ermənistan KİV-lərində general Njde və general Dro kimi məşhur erməni faşistlərinin və antisemitlərinin təriflərinin göylərə qaldırılması faktını qeyd edib.

Arye Qut və Mila Abramoviç yazırlar: “İkinci Dünya müharibəsində minlərlə yəhudinin məhv edilməsində məhz bu iki “qəhrəman erməni generalının” şəxsən iştirak etməsini xatırlatmağa ehtiyac varmı? Varjapetyanın fikrincə, Ermənistanın azadlığının məhz bu “mübarizləri”, qatı antisemitlər və faşistlər ölkənin indiki rəhbərlərinə öz ekspansionist planlarına bəraət qazandırmağın və böyüməkdə olan nəsli başqa xalqlara münasibətdə nifrət ruhunda tərbiyə etməyin rəmzi kimi lazımdır. Məgər yəhudilərin məhv edilməsinin iştirakçısı olan bu faşist haqqında informasiyanın erməni tarixi dərsliklərinə “qəhrəman” obrazında daxil edilməsi antisemitizm deyilmi? Məgər bu, Varjapetyan tərəfindən faşizmə bəraət qazandırmaq deyilmi, yoxsa “yəhudi” olsa da, o, təkcə erməni olduqlarına görə nasist cinayətkarların fəaliyyətinə bəraət qazandırmağa hazırdır?”

Amma tarix İkinci Dünya müharibəsi illərində vermaxtın tərkibindəki 20 minlik erməni legionunun qəddarlığını heç vaxt unutmayacaq: “General Njdenin və general Dronun (onlar minlərlə yəhudinin məhv edilməsində şəxsən iştirak ediblər) başçılıq etdikləri erməni legionunun məqsədi yəhudiləri və alman ordusuna digər “yarasızları” yaxalamaq və məhv etmək idi. Bununla bərabər, erməni legionu əsir düşərgələrində məhz yəhudilərə qarşı ölüm marşları təşkil edirdi. Mərhum Azərbaycan tarixçisi Rövşən Mustafayevin “Ölüm tanqosu” kitabında erməni birləşmələrinin yəhudilərin soyqırımında iştirakına dair çoxsaylı faktlar gətirilir. Məsələn, Qərbi Krımda əməliyyat haqqında “Dromedar” zonderkomandasının hesabatı. R.Mustafayev yazırdı: “1941-ci il noyabrın 16-dan dekabrın 15-dək 17 645 yəhudi, 2 504 qaraim, 824 qaraçı və 212 partizan güllələnib. Simferopol, Yevpatoriya, Aluşta, Qarasuvbazar, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları yəhudilərdən təmizlənib”.

Ermənistanda dövlət səviyyəsində qəbul edilən, türklərə və azərbaycanlılara münasibət bildirilən rəsmi sənədlər, erməni müəlliflərin bədii əsərləri və “elmi” yazıları, Ermənistanın dövlət və siyasi xadimlərinin türk-Azərbaycan mövzusuna həsr olunmuş nitqləri bir qayda olaraq ittihamedici xarakter daşıyır. Söhbət ermənilərin türklər və azərbaycanlılar əleyhinə irəli sürdükləri nə bir, nə də iki ittihamdan deyil, “nə üçün türklər Yer kürəsinin bu cənnət guşəsində yaşamalıdırlar?” kimi yüzlərlə ağlasığmaz ittihamdan gedir.

Məqalə müəlliflərinin fikrincə, faşist generalı Njdeyə abidənin qoyulması bir daha təsdiqləyir ki, müasir Ermənistanda həm yəhudi xalqının nümayəndələrini, həm də sovet əsgərlərini məhv etmiş bu faşistlərin irimiqyaslı kultu yaradılıb. Məqalədə deyilir: “Onların şərəfinə xatirə sikkələri zərb edir, bədii və sənədli filmlər çəkirlər. Ermənistanın paytaxtında Qaregin Njde adına meydan var, dünən isə Ermənistan hökumətinin binası qarşısında onun abidəsini açıblar. Dünya birliyi Ermənistanda faşizmin təbliğinə bundan sonra da sussa, bugünkü Ermənistanın rəhbərliyi sabah eyni şəkildə Hitlerə abidə qoya bilər. Burada qeyd etmək lazımdır ki, bu qaniçən faşistlərin kultu hansısa marginal siyasi qruplaşmaların gücü ilə həyata keçirilmir, onların arxasında dövlət, daha dəqiq desək, Ermənistan Respublikası dayanıb. Təəssüf ki, Ermənistanda faşistlər qəhrəman obrazında təqdim edilir, üstəlik, hakim partiya Qaregin Njdeni öz ideoloqlarından biri sayır. Belə bir fakta diqqət yetirin ki, bu nasist cinayətkarın abidəsi Ermənistanın hakim Respublika Partiyasının qərargahı yanında qoyulub”.

Müəlliflər yazırlar ki, biz faşist ideologiyasının təbliğini 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində qanlı soyqırımı aktı nümunəsində görə bilərik. Xocalıda inanılmaz vəhşilik və qəddarlıqla törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonlarının ən dəhşətli faciələrindən biri oldu: “Bu kütləvi qətliamın qəddar və amansız səhnələri Azərbaycan xalqının ürəyində sağalmaz yara olaraq qalacaq. Bu qanlı kütləvi qırğını erməni generalları Dro və Njdenin varisləri törədiblər. Serj Sarkisyanın yalnız “Xocalı hadisəsinə qədər azərbaycanlılar fikirləşirdilər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq – biz bu stereotipi qıra bildik” fikirlərini xatırlamaq kifayətdir. Bu sözlər real olaraq sübut edir ki, Serj Sarkisyan və onun Ermənistan hakimiyyətindəki klanı Dronun və Njdenin əsl və layiqli davamçılarıdır”.

Müəlliflər məqaləni bu fikirlərlə yekunlaşdırırlar: “Belə olan şəraitdə Ermənistanın yəhudi əhalisinin əksəriyyətinin ya bu ölkədən qaçıb getməsinə, ya da diqqəti cəlb etməmək üçün ermənilərlə nikah bağlamalarına təəccüblənməyə dəyərmi? Təəssüf ki, ölkədə artmaqda olan antisemitizmi cilovlamaq üçün Ermənistan hökuməti əslində heç nə etmir. Ermənistan məhdud millətçilik siyasəti yürütdükcə və özünün iqtisadi və siyasi problemlərində başqalarını günahlandırdıqca, bu ölkədə qalan bir neçə yüz yəhudi əzab çəkməyə davam edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb