SİYASƏT


İsrailin sabiq Prezidenti və Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri ilə görüşüblər

A+ A

Bakı, 10 avqust, AZƏRTAC 

Avqustun 8-də Təl-Əvivdə İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri Dalia İtzik, avqustun 9-da isə sabiq Baş nazir, keçmiş müdafiə naziri Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi və baş katibin müavini ilə görüşüblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə martın 10-11-də Bakı şəhərində təşkil olunmuş IV Qlobal Bakı Forumunun nəticələri və əhəmiyyəti müzakirə olunub. O cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, təşkil etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan ənənəvi Qlobal Bakı Forumuna hazırlıq məsələləri və Forumun işini təşkil edəcək mövzular müzakirə edilib.

Qeyd edilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan sabiq Prezident Dalia İtzik 2015-ci ildə Bakı şəhərində keçirilən III Qlobal Bakı Forumunda, sabiq Baş nazir Ehud Barak isə I, II və IV Qlobal Bakı forumlarında iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.