Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“İsrailin səsi” dövlət radiostansiyasında qondarma “erməni soyqırımı”nın tanınmasının perspektivləri geniş şərh olunub

“İsrailin səsi” dövlət radiostansiyasında qondarma “erməni soyqırımı”nın tanınmasının perspektivləri geniş şərh olunub

Bakı, 27 aprel, AZƏRTAC

Bu günlərdə “İsrailin səsi” dövlət radiostansiyasında İsrail vətəndaşları arasında yetərincə populyar olan “Günün aktual hadisələri” adlı səhər verilişində qondarma “erməni soyqırımı”nın İsrail Dövləti tərəfindən tanınmasının perspektivləri geniş şərh olunub.

AZƏRTAC xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində ekspert, “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi Arye Qut radioaparıcı Tedi Sandlerin suallarına cavab verərək bildirib ki, rəsmi Ankaranın qondarma “erməni soyqırımı” problemi ilə bağlı mövqeyini müqayisə etsək, demək olar ki, onun mövqeyi kəskin dəyişib.

İsrailli ekspert deyib: ”Müasir Türkiyənin rəhbərliyi dəfələrlə Ermənistana belə bir müraciət edib: gəlin, arxivləri açaq, bu problemlə məşğul olan beynəlxalq tərkibli tarixçilər komissiyası toplayaq və aydınlaşdıraq, lakin bu tarixi məsələni siyasi provokasiyalar obyektinə çevirməyək. Lakin Ermənistan rəhbərliyi buna getmir və dünyadakı erməni lobbisi vasitəsilə qondarma “erməni soyqırımı”nın bütün dünyada tanınmasına müvəffəq olmağa çalışır. Biz bunu etiraf etsək də, etməsək də, Avropa rəhbərliyinin və siyasi elitasının erməni lobbisi ilə fəal bağlı olmasını nəzərə almaq lazımdır. Avropa Parlamentinin qondarma “erməni soyqırımı”nın tanınması haqqında qərar qəbul etməsi təsadüfi aksiya deyil, erməni lobbisinin Avropada səmərəli fəaliyyətinin və təsirinin nəticəsidir. Əminəm ki, yüz il əvvəl baş vermiş hadisələr ilə deputatlar və baş nazirlər deyil, tarixçilər məşğul olmalıdır. Mövcud problemlərin həlli yollarını birlikdə tapmaq tarixçilərə daha asandır. Lakin tarix siyasi haqq-hesab çürütmək üçün həmişə əlverişli zəmin olub və heç şübhəsiz, hələ uzun müddət belə olacaq. Avropa ilə Türkiyə arasında qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı indiki diplomatik münaqişədə də hadisələr elə bu şəkildə cərəyan edir.

A.Qut aparıcı Tedi Sandlerin “qondarma “erməni soyqırımı”nın İsrailin yeni seçilmiş parlamenti tərəfindən tanınması perspektivləri ilə bağlı sualına cavab verərək bildirib ki, türk və yəhudi xalqları arasında 500 illik qarşılıqlı münasibətlər və qarşılıqlı anlaşma tarixi var. Ekspert deyib: “Tarixi faktları unutmaq lazım deyil. Vaxtilə Türkiyə sultanı İspaniya yəhudilərini tamamilə məhv olmaqdan xilas edib, onlara vətəndaşlıq hüquqları verib. Avropa yəhudilərinin qorxunc və dəhşətli qırğına məruz qaldıqları İkinci Dünya müharibəsi illərində Türkiyə yəhudiləri müdafiə və xilas edib”.

A.Qutun fikrincə, qondarma “erməni soyqırımı”nın tanınması İsrailin Azərbaycan ilə münasibətlərini ciddi şəkildə pozacaq. O deyib: “Ciddi geosiyasi və geoiqtisadi perspektivləri olan Azərbaycan Cənubi Qafqazda əsl regional liderdir. 23 il ərzində ölkədə çox ciddi tərəfdaşlıq münasibətləri təşəkkül tapıb. Bu gün Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən yüksək texnologiyalar, telekommunikasiyalar, neft və qaz sənayesi, kənd təsərrüfatı kimi sahələrdə xeyli İsrail şirkəti fəaliyyət göstərir”.

Azərbaycanın İsrail üçün strateji əhəmiyyətindən söz açan A.Qut Azərbaycanda 30 minlik yəhudi icmasının yaşadığını vurğulayaraq deyib: “Təkcə son bir neçə ildə Azərbaycan dövləti yəhudi icması üçün öz hesabına iki müasir sinaqoq inşa edib, Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi yaradıb”.

“İsrailin səsi” dövlət radiostansiyasının birbaşa efirində çıxış edən A.Qur sərt şəkildə deyib: “Mənə izah edin görüm, biz nəyin naminə qondarma “erməni soyqırımını” tanımalıyıq: Ermənistandan kompliment eşitmək üçünmü? Mən İsrail Dövlətinin milli mənafelərinə qarşı daha bir provokasiya etmək istəyən siyasətçilərə müraciət edirəm. Bir neçə həftə əvvəl Ermənistanın sabiq baş naziri Qrant Baqratyan Holokostun tanınması haqqında qətnamə layihəsini baxılması üçün ölkənin qanunvericilik orqanına təqdim edib. Deputat KİV-lərə qərarını belə şərh edib: “Bəziləri deyir ki, İsrail “erməni soyqırımı”nı tanımayana qədər biz Holokostu tanımamalıyıq”. Bu, Ermənistanda antisemitizm siyasətinin dövlət səviyyəsində aparıldığını təsdiq etmirmi? Nürnberq prosesindən dərhal sonra Avropa yəhudilərinin soyqırımını bütün dünyanın tanımasına baxmayaraq, Ermənistan, sən demə, bunu etməyə heç hazırlaşmır da. İsraildən isə qondarma “erməni soyqırımı”nın tanınmasını tələb edir. Almaniya faşizmi təkcə yəhudi olduqları üçün Avropada 6 milyon yəhudi məhv edib. Ermənilər isə “beşinci kolon” rolu oynayıb və onlara Osmanlı İmperiyası ərazisində öz dövlətini yaratmağı vəd etmiş çar Rusiyasının siyasətinin qurbanı olublar. Türkiyə ərazisində dövlət yaratmağa müvəffəq olmayan ermənilər Rusiyanın köməyi ilə Azərbaycan ərazisində dövlət yaradıblar. Necə deyərlər, “iştah diş altındadır”. Sonra da qərara gəliblər ki, öz dövlətinin ərazisini bundan sonra Azərbaycan torpaqları hesabına genişləndirməlidirlər. İsraildə erməni lobbisinə üz verənlərə daha bir tarixi faktı xatırlatmaq istəyirəm: tarix hələ İkinci Dünya müharibəsi illərində Vermaxtın tərkibində 20 minlik erməni legionunun amansızlığını unutmayıb. Millətçi komandir Dronun ( o, minlərlə yəhudinin qətlə yetirilməsində şəxsən iştirak edib) başçılıq etdiyi erməni legionunun məqsədi basqınlarda iştirak etmək, yəhudiləri və alman ordusuna “yararsız” digər şəxsləri məhv etmək olub. Bununla bərabər, erməni legionu həbs düşərgələrində ölüm marşları təşkil edib. Erməni birləşmələrinin yəhudilərin soyqırımında iştirak etməsi ilə bağlı çoxsaylı tarixi faktlar var”.

“İsrailin səsi” radiosuna şərhlərini yekunlaşdıran A.Qut bildirib ki, müasir Ermənistanda Dro və Njde kimi erməni faşistlərinin irimiqyaslı kultu yaradılır. Onların şərəfinə xatirə sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir, Yerevanda Qaregin Njdenin adı meydana verilib. Kult hansısa marginal siyasi qruplaşmalar tərəfindən yaradılmır. Bütün bunların arxasında dövlət dayanır. Zənnimcə, erməni generalı Dronun məhz Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohannesyan kimi varisləri XX əsrin sonlarında Azərbaycanın Xocalı şəhərində kütləvi qırğın törədiblər. Serj Sarkisyanın bu sözlərini xatırlamaq yetər: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmayacaqlar. Biz bu stereotipi qırdıq”. Bu sözlər real şəkildə sübut edir ki, Serj Sarkisyan və onun bütün klanı Dro və Njdenin həqiqi və əsl varisləridir. Belə olan halda Ermənistanın yəhudi əhalisinin qaçıb bu ölkəni tərk etməsinə, yaxud da diqqəti çox cəlb etməmək üçün ermənilər ilə ailə qurmasına təəccübləməyə dəyərmi? Təəssüf ki, Ermənistan hökuməti ölkədə güclənməkdə olan antisemitizmin qarşısını almaq üçün, demək olar, heç bir tədbir görmür. Nə qədər ki, Ermənistan millətçilik siyasəti yeridir və öz iqtisadi və siyasi problemlərində başqalarını təqsirləndirir, bu ölkədəki bir neçə yüz yəhudi əzab çəkməyə davam edəcək. Müasir Ermənistanın, əslində, monoetnik dövlət olması bu gün real və təkzibedilməz faktdır. Burada yəhudilər daim azalmaqda olan mikroskopik azlıqdır və yaxın gələcəkdə bu ölkənin etnik xəritəsindən ümumiyyətlə silinib gedəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Bakıda dünya qastroenteroloqlarının 20-ci beynəlxalq konqresi işə başlayıb

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar VİDEO

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO