REGİONLAR


İsrailin tanınmış dirijoru Gil Şohat: Qəbələdən ölkəmə xoş təəssüratlarla qayıdıram

A+ A

Qəbələ, 5 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edən bir çox beynəlxalq müsabiqələrin qalibi, hər il xarici ölkələrdə 40-dan çox konsert verən İsrailin tanınmış dirijoru Gil Şohat AZƏRTAC-a müsahibəsində festivalın çox yüksək səviyyədə təşkil olunduğunu bildirib. O qeyd edib ki, Qəbələyə toplaşan dünyanın məşhur musiqiçiləri konsertləri ilə böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşadırlar.

“Bu festival haqqında əvvəllər eşitmişdim, amma builki tədbirin proqramından xəbərim yox idi. Festivalın bu qədər gözəl bir yerdə və yüksək səviyyədə təşkil ediləcəyinə inanmırdım. İfamız tamaşaçıların o qədər xoşuna gəldi ki, onlar bizi ayaq üstə alqışladılar. Çox sevindim ki, musiqi bayramını izləyənlər üçün gözəl əhval-ruhiyyə bəxş edə bildik”, - deyə Gil Şohat bildirib.

İsrailli dirijor Qəbələnin füsunkar təbiətə malik olduğunu, boş vaxtlarında mənzərəli yerləri gəzdiyini deyib: “Qəbələdə keçirilən festivalın konsertlərinə dinləyicilərin marağı böyükdür. Hər konsertdə 1000-dən çox tamaşaçının iştirak etməsi böyük uğurdur. Mən Qəbələdən ölkəmə xoş təəssüratlarla qayıdıram. Gələcəkdə Qəbələyə mütləq turist kimi gələcəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.