DÜNYA


İsraillə münasibətlərin nizamlanmasına dair saziş Türkiyə parlamentinə daxil olub

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

Türkiyə və İsrail arasında münasibətlərin nizamlanmasına dair saziş təsdiq edilməsi üçün Türkiyə Böyük Millət Məclisinə daxil olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sazişə əsasən İsrail 2010-cu ildə ölkələr arasında münasibətlərin korlanması ilə nəticələnən “Azadlıq donanması” ətrafında insidentlə bağlı 25 gün ərzində Türkiyəyə 20 milyon dollar təzminat ödəməlidir.

Münasibətlərin nizamlanmasına dair tərəflərin iyunun 28-də imzaladıqları sazişin qüvvəyə minməsi üçün onu hər iki ölkənin parlamenti təsdiq etməlidir. Saziş ratifikasiya edildikdən sonra səfirlərin mübadiləsi baş tutacaq. Sənəd parlamentdə təsdiq olunarsa, Türkiyə insidentlə bağlı iddialardan imtina edəcək, İsrail hərbçiləri isə cinayət və hüquq məsuliyyətinə cəlb olunmayacaqlar.

Xatırladaq ki, 2010-cu ildə İsrail ordusunun əsgərləri Qəzza sektorunun blokadasını yarmağa çalışan gəmilərə hücum etmiş, nəticədə 9 türk öldürülmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.