ELM VƏ TEXNOLOGİYA


İsrailli mütəxəssislər seysmologiya sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

İsrailin Təbiət və Humanitar Elmlər Akademiyasının icraçı direktoru Meir Zadok və Veyzman İnstitutunun immunologiya fakültəsinin professoru Rut Arnon Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olublar.

RSXM-dən AZƏRTAC-a bildiriblər ki, qonaqlarla keçirilən görüşdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mərkəzdə görülən işlər, aparılan kompleks seysmoloji tədqiqatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib. Vurğulanıb ki, hazırda mərkəz bütün beynəlxalq seysmoloji təşkilatlarda təmsil olunur və dünyanın aparıcı ölkələri ilə yaxından əməkdaşlıq edir.

Sonra RSXM-də görülən işlərə dair təqdimat olub.

Azərbaycanda seysmologiya sahəsində görülən işləri müsbət dəyərləndirən qonaqlar mərkəz ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.