CƏMİYYƏT


İşsiz himayədarlar fərdi kiçik sahibkarlıqla bağlı maarifləndirilib

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

“SOS Uşaq Kəndləri - Azərbaycan Assosasiyası” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə qayğısından məhrum olmaq riski altında olan uşaqlar arasında maarifləndirmə tədbirlərinin təşkili” layihəsi başa çatıb.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində “İşsiz himayədarların fərdi kiçik sahibkarlıq və ya özünüməşğulluq fəaliyyətinə başlamaları üçün səriştələrin və biliklərinin artırılması” mövzusunda təlim keçirilib.

Təlimlərin yekunu olaraq 20 işsiz himayədarın məşğulluq potensialı araşdırılaraq onlarla peşəyönümlü məsləhətləşmələr aparılıb. Ekspert tərəfindən layihə iştirakçılarına məşğulluq və özünüməşğulluq imkanlarının əldə olunması üçün məlumat verilib, 10 işsiz himayədarın əmək bazarında münasib işlərlə təmin olunması üçün onların müvafiq qurumlara və xidmət təşkilatlarına yönləndirilməsinə kömək göstərilib. Bundan əlavə, 5 işsiz himayədar müvafiq peşə və yaxud ixtisasartırma kurslarına yönləndirilib, 15 işsiz himayədar isə fərdi kiçik sahibkarlıq fəaliyyəti ilə bağlı təlimatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.