DÜNYA
İstanbul hava limanında ən azı 10 nəfər həlak olub [YENİLƏNİB] VİDEO
İstanbul, 28 iyun, AZƏRTAC
Ədliyyə naziri Bəkir Bozdağın məlumatına görə, terror aktı zamanı ən azı 10 nəfər həlak olub. İyirmidən çox yaralının olduğu bildirlir.
23:56
İstanbul, 28 iyun, AZƏRTAC
İyunun 28-də İstanbuldakı Atatürk Hava Limanında partlayış olub.
İlkin məlumata görə, partlayış hava limanının xarici uçuş terminalındakı avtomobil parkında və onun üst hissəsində baş verib. Bakırköy dövlət xəstəxanasına çox sayda yaralı çatdırıldığı bildirilir. Hava limanına giriş-çıxış bağlanıb.
Baş nazir Binəli Yıldırım hadisə ilə bağlı Daxili İşlər Nazirliyində təcili toplantı keçirilməsi barədə göstəriş verib
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
23:32
Alınan məlumata görə, Xarici Xətlər Terminalında baş verən partlayış nəticəsində çox sayda insan yaralanıb. Hadisə yerinə polis, yanğınsöndürmə və səhiyyə briqadası cəlb olunub.
Səhiyyə qruplarının ilk müdaxilə etdiyi yaralılar xəstəxanalara yerləşdirilir, hava limanının giriş və çıxışı bağlanılıb.
23:28
Bakı, 28 iyun, AZƏRTAC
İstanbul Atatürk Hava Limanında partlayış baş verib.
AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla məlumat verir ki, hadisə yerinə çox sayda polis və tibb briqadası cəlb edilib.