DÜNYA


İstanbul məhkəməsi 17 jurnalist barəsində həbs qətimkan tədbiri seçib

A+ A

Bakı, 30 iyul, AZƏRTAC

İstanbul məhkəməsi prokurorluğun iddiası ilə Fətullah Gülənlə əlaqədə şübhəli bilinən 17 jurnalist barəsində həbs qətimkan tədbiri seçib.

AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, şübhəlilər Çağlayandakı Ədliyyə İdarəsinə göndərilib. Onların arasında məşhur jurnalist Nazlı İlıcakın da adı var. Jurnalistlərdən 4-ü ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

İstanbul Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun baş prokuror əvəzi İrfan Fidan 42 media mənsubunun məsuliyyətə cəlb olunması haqqında təlimat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.