DÜNYA
İstanbula şiddətli dolu düşüb
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də axşam saatlarında Türkiyənin İstanbul şəhərinə şiddətli dolu düşüb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, güclü küləklə müşayiət olunan dolu şəhərin əsas nəqliyyat arteriyalarında problemlər yaradıb, avtomobillərə ciddi ziyan vurub. Dəniz səfərləri və bəzi aviareyslər təxirə salınıb. Küçələrdə piyadaların hərəkəti çətinləşib, su basmış iş yerlərindən insanlar xilasedicilər tərəfindən təxliyə olunublar.
Təbii fəlakət İstanbul limanlarından birində yanğına səbəb olub, bəzi tikililərdə dağıntılar baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]