SİYASƏT


İstanbulda Alxanlı kəndində törədilən hərbi təxribatla əlaqədar etiraz yürüşü keçirilib

Bakı, 8 iyul, AZƏRTAC

Türkiyədə fəaliyyət göstərən İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyi (İSTAD) üzvləri Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar Zeynəbiyə məscidinin qarşısında toplaşaraq Yəhya Kamal Mərkəzinə doğru yürüş ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, nümayiş iştirakçıları səsləndirdikləri şüarlarda Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində Allahverdiyeva Sahibə İdris qızının və onun 2 yaşlı nəvəsi Zəhranın qətlə yetirilməsinə kəskin şəkildə etiraz ediblər.

İSTAD-ın sədri Səfər Qaraqoyunlu çıxışında Ermənistanı və onun avantürist rejiminə dəstək olanları şiddətlə qınadığını bildirib. O qeyd edib ki, daha böyük faciələrin yaşanmaması üçün Ermənistana qarşı beynəlxalq birlik tərəfindən sanksiyalar tətbiq olunmalıdır.

“Türkiyə hər zaman Azərbaycanın yanındadır. Ermənistan bölgədə sülh və sabitliyin bərqərar olmasını istəyirsə, öz ordusunu Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarmalıdır”, - deyə diaspor sədri vurğulayıb.

Etiraz yürüşü Türkiyənin bir sıra kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.