MƏDƏNİYYƏT


İstanbulda Azərbaycan gecəsi təşkil olunub

İstanbul, 16 iyun, АZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ikinci İstanbul Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində Azərbaycan gecəsi təşkil edilib. Mərasim keçirilən salonda nazirliyin Türkiyə təmsilçiliyi tərəfindən Azərbaycanın turistik bölgələri, tarixi abidələri, milli ənənələrini tərənnüm edən rəsmlər sərgilənib.

İstanbulun “Mercure” otelində təşkil olunan gecədə diplomatlar İstanbulda keçirilən turizm filmləri festivalında iştirakçı tərəflərin nümayəndələri, tanınmış rejissor və ssenaristlər, o cümlədən QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın turizm imkanlarını, zəngin mədəniyyətini, müasir sosial-iqtisadi inkişafını əks etdirən film nümayiş olunub.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyini festivalda təmsil edən qrup tərəfindən iştirakçılara kəlağayı və milli mətbəximizdən nümunələr hədiyyə olunub.

Gecə musiqili proqramla davam edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.