CƏMİYYƏT


İstanbulda Azərbaycanlı alimin məruzəsi dinlənilib

A+ A

İstanbul, 9 noyabr, AZƏRTAC

İstanbulda Macarıstanın bu şəhərdəki Baş konsulluğu və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün vəfatının ildönümünə həsr olunan anma mərasimi keçirilib.

Diplomatların, elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən konfransda əvvəlcə böyük öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Türkiyənin dövlət himni səsləndirilib.

Sonra Macarıstanın İstanbuldakı baş konsulu Balazs Hendrich və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver konfransın məramı və məqsədi barədə fikir və mülahizələrini bölüşüblər.

Daha sonra Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərovun Atatürkün həyat və fəaliyyətinə həsr olunan məruzəsi dinlənilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.