İQTİSADİYYAT
İstanbulda “İnkişaf üçün İKT” mövzusunda konfrans keçirilir VİDEO
İstanbul, 27 oktyabr, AZƏRTAC
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və BMT-nin İnkişaf Proqramının (İP) Avropa və MDB üzrə regional bürosunun təşkilatçılığı ilə “İnkişaf üçün İKT” mövzusunda konfrans işə başlayıb.
Azərbaycanı bu konfransda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Konfransın açılışında TDƏŞ-in baş katibi Ramil Həsənov və BMT İP-in Avropa və MDB ölkələri üzrə regional bürosunun bölgə direktoru xanım Cihan Sultanoğlu çıxış ediblər.
Konfransda “İnkişaf etməkdə olan ölkələrin həyat səviyyəsinin yaxşılaşdırmasında elektron hökumətin rolu”, “Kənd yerlərinin inkişafında rabitə və informasiya texnologiyaları”, “İnkişafda İKT və özəl sektor” mövzularını əhatə edən üç panel iclası keçiriləcək.
Tədbir oktyabrın 28-də davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul