CƏMİYYƏT


İstanbulda Nuru Paşanın əziz xatirəsi ehtiramla yad olunub

A+ A

İstanbul, 29 sentyabr, AZƏRTAC 

İstanbuldakı Edirnəkapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın (Nuru Killigil) əziz xatirəsi ehtiramla yad olunub.

Anma mərasimində Azərbaycan və Türkiyədən olan tanınmış şəxslər, ölkəmizin İstanbuldakı Baş konsulluğunun əməkdaşı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının nəslindən olan şəxslər, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Nuru Paşanın ruhuna dualar oxunub, Bakıdan və Türkiyənin Kastamonu vilayətinin Bozkurt qəsəbəsindən - Killigil ailəsinin doğma yurdundan gətirilən torpaqlar Nuru Paşanın məzarı üstünə səpilib.

Sonra Nuru Paşanın şərəfli ömür yolundan, tarixi qəhrəmanlığından danışılıb. 1918-ci ildə Bakının erməni-daşnak işğalından azad edilməsində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından bəhs olunub. Diqqətə çatdırılıb ki, çalışdığı silah zavodunda baş verən partlayış nəticəsində iş yoldaşları ilə birlikdə həlak olan Nuru Paşa və onun silahdaşları Azərbaycan və Türkiyə xalqları tərəfindən heç zaman unudulmayacaq. Nuru Paşa və 27 iş yoldaşının dəfn edildiyi məzarların xeyriyyəçi iş adamı Zəki Yılmaz tərəfindən bərpa olunması Vətən və torpaq uğrunda həyatını qurban verən qəhrəman insanlara ehtiram kimi dəyərləndirilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.