SİYASƏT


İstanbulda QDİƏT Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyası keçiriləcək

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 4-dən 6-dək İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyası, 56-cı Büro və 49-cu Daimi Komitə iclasları keçiriləcək.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Milli Məclisin QDİƏTPM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, QDİƏTPM-in sədr müavini Musa Quliyev, deputatlar Jalə Əliyeva və Əflatun Amaşov iştirak edəcəklər.

İclaslarda Qara Dəniz regionunda təhlükəsizliyin və sülhün təmin olunmasında parlamentlərin rolu, iqtisadi inkişaf və sosial inteqrasiya üçün hüquqi əsasın möhkəmləndirilməsi mövzularında fikir mübadiləsi aparılacaq. Tədbirlərdə həmçinin Parlament Məclisinin fəaliyyəti barədə hesabatlar dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

Milli Məclisin deputatları müzakirə ediləcək məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

Baş Assambleyanın iclasında QDİƏTPM-in sədr müavini Musa Quliyevin “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə dayanıqlı səhiyyə sisteminin təmin olunmasında parlamentlərin rolu”, deputat Əflatun Amaşovun isə “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə yeni və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi” mövzularında məruzələri dinləniləcək, müzakirəyə çıxarılmış məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.