SİYASƏT


İstanbulda QDİƏT-in xarici işlər nazirləri  şurasının 36-cı iclası keçirilir

İstanbul, 29 iyun, АZƏRTAC

İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının 36-cı iclası işə başlayıb.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Rəsmi açılışda Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız və QDİƏT-in baş katibi Maykl Kristidesin çıxışları dinlənilib. Çıxışlarda təşkilatın 25 illik fəaliyyətindən və perspektivlərdən bəhs olunub.

Bir gün keçiriləcək iclasda Qara dəniz regionunda bugünkü vəziyyət, terrorizmə qarşı mübarizə, quruma üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi yolları və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılacaq.

İclasda nazir müavini Mahmud Məmmədquliyevin çıxışı nəzərdə tutulub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.