MƏDƏNİYYƏT


İstanbulda Qarabağ irsinin təbliği ilə bağlı tədbirlərin keçirilməsi planlaşdırılır

A+ A

Bakı,10 noyabr, AZƏRTAC

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (İRCİCA) baş direktoru Halit Eren ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Ə.Qarayev noyabrın 10-da Bakıda işinə başlayan "Qarabağ: tarix və irs" mövzusunda beynəlxalq elmi konfransın təşkilinə və iştiraka görə qonağa təşəkkürünü bildirərək, tədbirin Qarabağ irsinin dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. Eyni zamanda, gələcəkdə də belə tədbirlərin keçirilməsində Qarabağ həqiqətlərinin dünyaya tanıdılması baxımından birgə əməkdaşlığı yüksək qiymətləndirib.

Halit Eren növbəti ildə İstanbulda İRCİCA-nın baş qərargahında Qarabağ irsinin təbliği ilə bağlı tədbirlərin keçirilməsini və alimlərin iştirakı ilə elmi müzakirələrin aparılmasını təklif edib.

Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən qonaq hər gəlişində Azərbaycan ilə rəhbərlik etdiyi təşkilat arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün layihələrin reallaşdırıldığını bildirib.

Qonağı 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına dəvət edən nazir bildirib ki, oyunlar zamanı Bakıda xüsusi mədəniyyət proqramının da hazırlanması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.