DÜNYA


İstanbulda Türkiyə və Rusiya arasında “Türk axını” qaz boru kəməri layihəsi üzrə sazış imzalanıb

A+ A

İstanbul, 10 oktyabr, AZƏRTAC 

İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresi çərçivəsində Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş keçirilib.

Görüşdən sonra dövlət başçıları birgə mətbuat konfransı keçiriblər.

Sonra Rusiya təbii qazının Türkiyəyə və bu ölkədən keçməklə Avropaya nəqlini nəzərdə tutan “Türk axını” qaz boru kəməri layihəsi üzrə iki ölkənin hökumətləri arasında sazış imzalanıb.

Sazış Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak və Rusiyanın energetika naziri Aleksandr Novak tərəfindən imzalanıb.

Qeyd edək ki, “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.