İQTİSADİYYAT


İstanbulda XXIII Dünya Enerji Konqresi keçiriləcək

Bakı, 4 avqust, Nihad Budaqov, AZƏRTAC

Oktyabrın 9-13-də İstanbulda Dünya Enerji Şurasının XXIII Dünya Enerji Konqresi keçiriləcək. Konqresdə Azərbaycan da təmsil olunacaq.

AZƏRTAC Dünya Enerji Şurasının Türkiyə Milli Komitəsinə istinadla xəbər verir ki, XXIII Dünya Enerji Konqresinin İstanbulda təşkil edilməsi ilə bağlı qərar 2012-ci il noyabrın 5-8-də Şuranın Baş Assambleyasının yığıncağında qəbul edilib. Keçirilən səsvermə nəticəsində Baş Məclis “Dünya Enerji Konqresi-2016”nın İstanbulda keçirilməsinə qərar verib.

Konqres Türkiyənin təqdimatı ilə yanaşı, İstanbulun iqtisadiyyatına mühüm dəstək olacaq. Təxminən 5-6 min nümayəndənin iştirakı nəzərdə tutulan budəfəki konqresdə enerji sərgisi də təşkil ediləcək. Dünyanın tanınmış enerji mütəxəssisləri, səlahiyyətliləri və enerji şirkətlərinin nümayəndələrinin qatılacağı bu konqresdə qarşılıqlı işgüzar görüşlərin keçirilməsi üçün əlverişli platforma olacaq. Həmçinin enerjidə yeni texnologiyalar, enerji ilə bağlı maşın və avadanlıqlar sərgilənəcək.

Konqres müddətində dünyanın enerji liderlərinin gələcək barədə fikirləri dinləniləcək, sessiyalar keçiriləcək və qarşılıqlı fikir mübadiləsi aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.