DÜNYA


İstanbulda açılmış ərəb dilində kitablardan ibarət sərgi başa çatıb

A+ A

Bakı, 2 avqust, Ceyhun Alışlı, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində “Gulf” türk sərgi xidmətləri təşkilatının təşəbbüsü ilə təşkil olunan İstanbul ərəbcə kitab sərgisi başa çatıb.

AZARTAC Anadolu xəbər agentliyinə istinadla bildirir ki, sərgidə 15-dək ərəb ölkəsindən 200-dək nəşriyyat evi iştirak edib. İstanbul Sərgi Mərkəzində keçirilən sərgi dünya müsəlmanlarını İslam qardaşlığı yönündə bir araya gətirmək, həmrəylik nümayiş etdirmək məqsədilə açılıb. Sərgi maraqlı anlarla yadda qalıb.

Belə ki, sərgi çərçivəsində müxtəlif qurumların açdığı ekspozisiyalarda Türkiyə və İstanbulu tanıdacaq mədəniyyət tədbirləri, o cümlədən digər əyləncəli tədbirlər də təşkil olunub.

Müxtəlif mövzulu ərəb dili kitablarla yanaşı, bir sıra xarici dillərdən ərəb dilinə tərcümə olunmuş kitablar da ekspozisiyada iştirakçılara təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.