DÜNYA


İstanbulda demokratiya və şəhidlər mitinqi keçiriləcək

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 7-də İstanbulun Yeniqapı meydanında demokratiyaya dəstək mitinqi keçiriləcək. “Demokratiya və şəhidlər” şüarı altında keçiriləcək mitinq ölkənin bütün şəhərlərində və meydanlarında davam edən demokratiya növbələrinin ən izdihamlısı olacaq.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri hakim Ədalət və İnkişaf Partiyasının sədri, Baş nazir Baş nazir Binəli Yıldırım deyib.

Baş nazir deyib: “Həmin gün tariximizin, demokratiyamızın ən böyük mitinqini həyata keçirəcəyik. Oradan bütün Türkiyəyə hamımız birlikdə mesaj verəcəyik. Ona görə bu mitinqə siyasi partiyaların liderlərini də dəvət edirəm. Onların bu böyük mitinqə gələrək bütün xalqımızla həmrəylik nümayiş etdirmələri çox əhəmiyyətlidir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.