DÜNYA


İstanbulda demokratiya və şəhidlər mitinqi keçirilir VİDEO

A+ A

Bakı, 7 avqust, AZƏRTAC

İstanbuldakı Yeniqapı meydanında milyonlarla insanın qatıldığı demokratiya və şəhidlər mitinqi keçirilir.

AZƏRTAC xəbər verir ki, mitinqdə iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı həlak olan şəhidlərin xatirəsi anılacaq, İstiqlal Marşı oxunacaq. Sonra Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Bahçeli çıxış edəcək, həmrəylik mesajları veriləcək.

Demokratiya və şəhidlər mitinqi Türkiyə Silahlı Qüvvələrinin mehtər bölümünün çıxışı ilə başlayıb.

Qeyd edək ki, bu gün, İstanbulla yanaşı, Türkiyənin 80 vilayətində də demokratiyaya və dövlətə dəstək mitinqləri keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.