DÜNYA


İstanbulda ərəbcə kitablardan ibarət sərgi açılıb

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

İstanbulda “Gulf” türk sərgi xidmətləri təşkilatının təşəbbüsü ilə ilk dəfə ərəbcə kitablardan ibarət sərgi açılıb.

AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla bildirir ki, İstanbul Sərgi Mərkəzində keçirilən sərginin dünya müsəlmanlarını İslam qardaşlığı yönündə bir araya gətirməsi baxımından dəyərli olduğu qeyd olunub.

Sərginin ideya, tarix və mədəni görüşlərin təşkil olunması baxımından əhəmiyyətli olduğu vurğulanıb. Sərgi çərçivəsində müxtəlif qurumların açacağı ekspozisiyalarda Türkiyə və İstanbulu tanıdacaq mədəniyyət tədbirləri ilə yanaşı, digər əyləncəli tədbirlərinin də təşkili nəzərdə tutulub.

Qeyd edək ki, imza günləri, kəmər və əbru kimi əl işlərinin də planlaşdırıldığı sərgidə 15-dək ərəb ölkəsindən 200-dək nəşriyyat evi təmsil olunur.

Sərgi iyulun 31-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.