DÜNYA


İstanbulda idarəetməni itirən metrobus ağır qəza törədib VİDEO

A+ A

İstanbul, 23 sentyabr, AZƏRTAC 

İstanbulun Kadıköy rayonu ərazisində metrobusun yoldan çıxması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Acıbademdə idarəetməni itirən metrobus D-100 yoluna girərək üç minik avtomobilini əzib və qarşıdan gələn ikimərtəbəli avtobusa çırpılaraq dayanıb. Qəza nəticəsində yaralanan 10 nəfər xəstəxanalara yerləşdirilib.

Qəzanın sərnişinlərdən birinin sürücüyə hücum edərək onu vurması nəticəsində baş verdiyi bildirilir.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.