DÜNYA


İstanbulda iki gəmi torpağa oturub

A+ A

İstanbul, 3 dekabr, AZƏRTAC

İstanbulun Kartal bölgəsində sahildə lövbər salan iki yük gəmisi qüvvətli fırtına səbəbindən torpağa oturub.

Rəsmi məlumata görə, gəmilərin hər ikisi bəndlərini qıraraq qəza vəziyyətinə düşüb. Onlardan birinin şəxsi heyəti xilasedicilər tərəfindən sahilə çıxarılıb. Digər gəmidə isə xilasetmə işləri davam edir.

Bildirilir ki, hazırkı mürəkkəb hava şəraiti gəmilərin suya çəkilməsinə imkan vermir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.