DÜNYA


İstanbulda iki metrobusun toqquşması nəticəsində 32 nəfər xəsarət alıb

İstanbul, 11 iyun, АZƏRTAC

İstanbulda iki metrobusun qəzaya uğraması nəticəsində 32 nəfər xəsarət alıb. Qəza metrobus xəttinin Söyütlüçeşmə dayanacağında baş verib.

Rəsmi məlumata görə, hadisədən dərhal sonra yaralılar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.