DÜNYA


İstanbulda inşa olunan yeni hava limanında işlərin otuz faizi yekunlaşıb

A+ A

İstanbul, 15 avqust, AZƏRTAC 

İstanbulda inşa olunan üçüncü hava limanında işlərin 30 faizi başa çatdırılıb.

Anadolu Agentliyinin məlumatına görə, bu vaxtadək görülən işlərə 2 milyard avro xərclənib. Hazırda tikinti işlərində 17 min 500 nəfər çalışır. Tikintinin sürətlə genişlənməsi ilə burada işləyənlərin sayının 30 min nəfərə çatacağı gözlənilir. Hava limanının 2018-ci ilin fevralında istifadəyə verilməsi planlaşdırılır. Yeni hava limanında il ərzində 300 milyon sərnişinə xidmət göstərilməsi nəzərdə tutulub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.