DÜNYA


İstanbulda keçiriləcək demokratiya və şəhidlər mitinqində 4 milyona yaxın insanın iştirakı gözlənilir

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 7-də İstanbuldakı Yeniqapı meydanında keçiriləcək demokratiya və şəhidlər mitinqi 15 iyul dövlət çevrilişinə cəhddən sonra ölkənin bütün şəhərlərində davam edən demokratiya növbələrinin ən izdihamlısı olacaq. Demokratiyaya və dövlətə dəstək məqsədilə keçiriləcək mitinq Türkiyə vaxtı ilə saat 17:00-da başlayacaq. Mitinqdə 4 milyona yaxın insanın iştirak etməsi gözlənilir. Eyni gün, Türkiyənin bütün şəhərlərində də demokratiyaya dəstək mitinqləri keçiriləcək. Həmin mitinqin iştirakçıları 80 vilayətdə quraşdırılacaq nəhəng ekranlardan İstanbuldakı izdihamlı mitinqdə ediləcək çıxışları canlı izləyə biləcəklər.

Türkiyənin əsas siyasi partiya liderlərinin, ictimai, siyasi və incəsənət xadimlərinin, iş adamlarının iştirak edəcəkləri izdihamlı mitinqdə qardaş ölkədə bütün xalqla həmrəylik nümayiş etdiriləcək. İstanbuldakı mitinqdə Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman, əsas siyasi partiya rəhbərlərinin çıxış edəcəkləri gözlənilir.

Mitinqə hazırlıq çərçivəsində çıxışlar üçün xüsusi platforma da quraşdırılıb. Kütləvi tədbirə gələnlər üçün 2,5 milyon Türkiyə bayrağı, 1,5 milyon papaq hazırlanıb. Mitinqə insanların rahat gəlmələri üçün xüsusi avtobuslar ayrılıb. Mitinqin keçiriləcəyi ərazidə texniki və təşkilatı məsələlərin həlli üçün 13 min işçi cəlb olunub. Ərazidə 102 həkim briqadası, 728 nəfərlik tibbi heyət insanlara xidmət göstərəcək.

Qeyd edək ki, bu gün Ankarada Baş nazir Binəli Yıldırımın rəhbərliyi ilə keçirilmiş təhlükəsizlik toplantısında terror təşkilatları ilə mübarizə çərçivəsində aparılan əməliyyatlarla yanaşı, İstanbuldakı mitinqdə təhlükəsizlik məsələləri də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.