İQTİSADİYYAT


İstanbulda keçirilən “Growtech Eurasia” sərgisində “CaspianAgro-2017”nin stendi təqdim olunub

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro-2017” sərgisi İstanbulda keçirilən “Growtech Eurasia” beynəlxalq təsərrüfat texnologiyaları, bağbanlıq və florist sərgisində iştirak edir.

AZƏRTAC xəbər verir ki, “CaspianAgro-2017” stendi gələn il Bakıda keçiriləcək sərgi barədə məlumatları özündə əks etdirməklə yanaşı, təşkilatçıların və sərgi ilə maraqlanan şırkətlərin görüş məkanına çevrilib.

Beynəlxalq profilli sərgilərdə iştirak “CaspianAgro 2017”nin marketinq promoaksiyasının bir hissəsidir.

Xatırladaq ki, XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgisi Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə mayın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.