DÜNYA
İstanbulda terror aktı nəticəsində azı 35 nəfər ölüb [YENİLƏNİB] VİDEO
Bakı, 1 yanvar, Əsəd Məmmədov, AZƏRTAC
İstanbulun Ortaköy rayonundakı “Reina” gecə klubuna hücum nəticəsində azı 35 nəfər ölüb, 40 nəfər yaralanıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisə ilə bağlı məlumat verən şəhərin valisi Vasip Şahin baş vermiş hücumu terror aktı adlandırıb.
O deyib: “Saat 01.15 radələrində bir terrorçu silahla atəş açaraq gecə klubunun girişindəki polis əməkdaşını və bir vətəndaşımızı öldürüb. Terrorçu içəri daxil olaraq buraya sadəcə Yeni ili bayram etmək üçün gəlmiş günahsız insanlara atəş açıb. Bu, terror aktıdır. Bu dəqiqəyə qədər olan məlumatlara görə, azı 35 vətəndaşımız həyatını itirib. Azı 40 nəfər isə xəstəxanalara yerləşdirilib”.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [17:42]
Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib
- 20.04.2024 [17:33]
Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib
- 20.04.2024 [17:10]
Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır
- 20.04.2024 [16:58]
“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib
- 20.04.2024 [16:55]
77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib
- 20.04.2024 [15:30]
Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür
- 20.04.2024 [14:54]
“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb
- 20.04.2024 [14:20]