DÜNYA
İstanbulda terror aktı nəticəsində həlak olanların sayı 44 nəfərə yüksəlib
Bakı, 12 dekabr, AZƏRTAC
İstanbulda şənbə günü axşam saatlarında törədilmiş terror aktı nəticəsində həlak olanların sayı 44 nəfərə yüksəlib. Bu barədə Türkiyənin səhiyyə naziri Reccep Akdağ məlumat verib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, həlak olanların 36-sı polis əməkdaşı, 8-i isə mülki şəxsdir.
Xatırladaq ki, terror hücumu İstanbulun mərkəzində, Vodafone Arena stadionu yaxınlığında baş verib. Terrorun hədəfi “Beşiktaş”-“Bursaspor” futbol matçında təhlükəsizliyi qoruyan çevik polis qüvvələri olub. Əvvəlcə polis avtobuslarının yaxınlığında içərisində 300-400 kiloqram partlayıcı maddə olan avtomobil partladılıb. Bundan 45 saniyə sonra həmin ərazidə terrorçu-intiharçı tərəfindən ikinci partlayış törədilib.
Terror aktının məsuliyyətini PKK təşkilatına yaxın “Kürdüstan azadlıq qırğıları” qruplaşması üzərinə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]