DÜNYA


İstanbulda terror aktı: yaralananların sayı 70 nəfərə çatıb, həlak olanlar var

İstanbul, 11 dekabr, AZƏRTAC

İstanbulun Beşiktaş rayonunda Vodafone Arena stadionu yaxınlğında yerli vaxtla saat 22:30 radələrində (Bakı vaxtı ilə 23:30) törədilən iki partlayış nəticəsində yaralananların sayı 70 nəfərə çatıb.

“Beşiktaş”-“Bursaspor” matçının bitməsindən saat yarım sonra baş verən terror hücumunda çevik polis qüvvələri hədəfə alıb. Türkiyənin daxili işlər naziri Süleyman Soylu partlayışlardan birinin canlı bomba tərəfindən, digərinin isə bomba yüklü avtomobillə törədildiyini bildirib.

Rəsmi mənbələrdən verilən son məlumata görə, terror aktı nəticəsində həlak olanlar var. Ölənlərin sayı açıqlanmır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.