CƏMİYYƏT


İstanbulda terror qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçirilib

A+ A

İstanbul, 1 iyul, AZƏRTAC 

İstanbulun Atatürk Hava Limanında törədilmiş terror aktı qurbanlarının xatirəsini anmaq və terrorizmi lənətləmək məqsədilə mərasim təşkil olunub.

Mərasim İstanbulun Bakırköy rayon bələdiyyəsinin təşkilatçılığı ilə Atatürk Hava Limanında keçirilib. Günahsız insanların qətlə yetirildiyi yerlərə qərənfillər düzülüb, gül çələngləri qoyulub, mərhumların ruhuna dualar oxunub.

İstanbuldakı diplomatik korpus rəhbərlərinin, şəhər ictimaiyyətinin tanınmış şəxslərinin qatıldıqları mərasimdə Azərbaycanın baş konsulu Məsim Hacıyev də iştirak edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.