DÜNYA


İstanbulda yenidən şiddətli yağış gözlənilir VİDEO

Bakı, 18 iyul, AZƏRTAC

İstanbulda saat 14:00-dən sonra yenidən şiddətli yağış gözlənilir. Meteoroloqlar yağışın axşamadək sürəcəyini ehtimal edirlər. Bunu İstanbul valisi Vasip Şahin bildirib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, gecə saatlarından başlayan leysan yağış şəhərdə ciddi fəsadlar törədib. Bir çox magistral yollarda nəqliyyatın hərəkəti dayanıb, bəzi metro stansiyalarını, yeraltı keçidləri, evlərin birinci mərtəbələrini, iş yerlərini su basıb, küçələr keçilməz hala düşüb. İstanbulun əsas nəqliyyat arteriyalarından biri olan Avrasiya tuneli bağlanıb. İstanbul hava sahəsi üzərində sıxlaşan elektrik yüklü buludlar pilotlara çətin anlar yaşadıb. Eniş etməli olan təyyarələr bu səbəbdən bir müddət havada dövrə vurmağa məcbur olub. Yanacağı azalan təyyarələr digər aeroportlara yönəldilib.

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan jurnalistlərə müsahibəsində ölüm hallarının qeydə alınmadığını, bəzi avtomobillərə ziyan dəydiyini bildirib. “Bugünkü yağışı şiddətli yağış kimi adlandırmaq düzgün olmaz. Bu, əsil təbii fəlakətdir. Bir kvadratmetrə bir saatda 250 kiloqram yağış yağması fövqəladə hadisədir”, - deyə nazir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.