CƏMİYYƏT
İstanbuldakı Güc-Hərb İnstitutunun ilk məzunları arasında azərbaycanlı kursant da olub
İstanbul, 16 iyun, АZƏRTAC
İstanbul şəhərində fəaliyyət göstərən Milli Müdafiə Universitetinin Güc-Hərb İnstitutu ilk məzun gününü qeyd edib.
Ötən il Türkiyədə dövlət çevrilişinə cəhddən sonra təsis olunan bu institutda 2016-2017-ci illər üzrə tədris ilinə aid xarici ölkələrdən olan kursantlara diplomlar təqdim edilib.
Məzunlar arasında azərbaycanlı kursant da olub.
Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Məsim Hacıyev və Türkiyədəki səfirliyimizin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov tədbirdə iştirak ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:00]
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır
- 29.03.2024 [16:43]