MƏDƏNİYYƏT


İstanbuldakı “Türk Dünyası” Mədəniyyət Mərkəzində təntənəli Novruz mərasimi keçirilib

İstanbul, 21 mart, АZƏRTAC

İstanbul valiliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin (TMTN) bu vilayət üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Novruz mərasimi təşkil olunub.

“Türk Dünyası” Mədəniyyət Mərkəzində keçirilən bayram şənliyində rəsmi şəxslər, deputatlar, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Şənlikdə Novruz tonqalı yandırılıb, Türkiyənin dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

TMTN-in İstanbul vilayəti üzrə təmsilçilyinin rəhbəri Coşkun Yılmaz mərasimin rəsmi açılışında çıxış edib.

Rəngarəng konsert proqramından sonra İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş və digər rəsmi şəxslər “Türk Dünyası” Mədəniyyət Mərkəzində yerləşən Azərbaycan Evini ziyarət ediblər. Burada Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev ziyarətçiləri salamlayıb. Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını səmimiyyətlə təbrik edən Türkiyə rəsmiləri xalqımıza və ölkəmizə olan qardaşlıq münasibətlərini xoş sözlərlə ifadə ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.