SİYASƏT
İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin sədri “Dədə Qorqud” Fondu tərəfindən təltif olunub
İstanbul, 26 may, AZƏRTAC
İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu Azərbaycanda fəaliyyət göstərən “Dədə Qorqud” Fondu tərəfindən “Qızıl ürək” medalı ilə təltif olunub.
İSTAD-ın ofisində keçirilən təqdimetmə mərasimində Azərbaycandan və Türkiyədən tanınmış şəxslər, ziyalılar və diplomatlar iştirak ediblər.
“Qızıl ürək” medalı “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov tərəfindən təqdim olunub.
Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Kənan Murtuzov, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Kənan Məmmədov, yazıçı-publisit Kəbutər Haqverdi və başqaları Səfər Qaraqoyunlunu təbrik edib, onun Türkiyənin ictimai həyatındakı fəaliyyətini, o cümlədən qardaş ölkələrimiz arasındakı münasibətlərin inkişafına verdiyi töhfələri yüksək dəyərləndiriblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul