DÜNYA
İstanbuldakı gecə klubunda törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb [YENİLƏNİB] VİDEO
İstanbulun Ortaköy rayonundakı “Reina” gecə klubuna hücum nəticəsində ölən 39 nəfərdən 21-nin şəxsiyyəti artıq müəyyənləşib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölənlərin 15-i xarici ölkə vətəndaşlarıdır.
Nazir terror hadisəsinin bir nəfər tərəfindən törədildiyini bildirib. Qeyd edib ki, həmin şəxs gecə klubunda insanlara atəş açdıqdan sonra üst geyimini dəyişərək hadisə yerindən uzaqlaşıb.
Hazırda terrorçunun ələ keçirilməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.
X X X
09:40
Bakı, 1 yanvar, Əsəd Məmmədov, AZƏRTAC
İstanbulun Ortaköy rayonundakı “Reina” gecə klubuna hücum nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu hadisə ilə bağlı məlumat verən daxili işlər naziri Süleyman Soylu bildirib. “Hadisə nəticəsində 69 nəfər yaralanıb. Onların müalicəsi davam etdirilir. Yaralılardan dördünün vəziyyətinin ağır olduğu qeyd edilir”,-deyə nazir vurğulayıb.
S.Soylu hadisənin terror aktı olduğunu qeyd edib.