İQTİSADİYYAT


İstanbuldan Azərbaycanın müxtəlif şəhərlərinə aviareyslər üzrə endirim kampaniyası başlayıb

A+ A

Bakı, 25 noyabr, Elvin Camalov, AZƏRTAC

İstanbuldan Azərbaycanın müxtəlif şəhərlərinə aviareyslər üzrə endirim kampaniyası başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilib.

Aksiyanın şərtlərinə əsasən, vergilər daxil olmaqla İstanbula 109 avrodan başlayan qiymətlərlə səyahət etmək mümkündür. Endirim kampaniyası Gəncə, Naxçıvan və Bakı şəhərlərinə şamil edilir. Belə ki, Gəncə-İstanbul-Gəncə - 109 avro, İstanbul-Gəncə-İstanbul - 129 dollar, Naxçıvan-İstanbul-Naxçıvan - 109 avro, İstanbul-Naxçıvan-İstanbul - 129 dollar, Bakı-İstanbul-Bakı - 159 avro, İstanbul-Bakı-İstanbul - 179 dollar təşkil edir.

Biletlərin satış müddəti noyabrın 28-dən dekabrın 18-dək, səyahət müddəti isə dekabrın 8-dən gələn il martın 31-dək olan dövrü əhatə edir. Aviabiletlər səyahətin başlanğıc günündən 10 gün əvvəl alınmalıdır.

Bundan əlavə endirim kampaniyasına biletlə yanaşı, 30 kiloqram baqaj keçirmək hüququ da verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.