MƏDƏNİYYƏT


“İstedad sorağında 2” adlı sərgi açılıb

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində “İstedad sorağında 2” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsində 70-dək fırça ustasının sənət əsəri nümayiş olunub.

Sərginin ekspozisiyasında müxtəlif mövzulu sənət əsərləri sərgilənib.

Müsabiqənin yekun sərgisində birinci yerə Rəfael Əzimzadə sahib olub. Digər qaliblərə də diplom və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının inkişafına, gənc istedadlı rəssamların, dizayner və heykəltəraşların üzə çıxarılması və onların tanıdılmasına təkan verməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.