MƏDƏNİYYƏT


“İstedad sorağında-2” rəsm müsabiqəsində iştirak edəcək fırça ustalarının adları açıqlanıb

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Bakı Xətai Sənət Mərkəzi təsviri incəsənət sahəsində istedadların üzə çıxarılması məqsədilə “İstedad sorağında-2” adlı gənclər arasında respublika rəsm müsabiqəsinə start verib.

AZƏRTAC sənət mərkəzinin “facebook” səhifəsinə istinadla bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsinin yekun sərgisində iştirak etmə haqqı qazanan iştirakçıların adları açıqlanıb. Belə ki, sərgidə 16-sı oğlan 56-sı qız olmaqla 72 fırça ustasının sənət əsəri nümayiş olunacaq. İştirakçılar sərgiyə müxtəlif mövzulu sənət əsərləri ilə qatılacaq.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının inkişafına, gənc istedadlı rəssamların, dizayner və heykəltəraşların üzə çıxarılması və onların tanıdılmasına təkan verməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.