MƏDƏNİYYƏT


İstedadlı cazmen və bəstəkar Elçin Şirinovun konserti

Bakı, 21 may, Aynur İsmayılova, AZƏRTAC

Mayın 20-də Beynəlxalq Muğam Mərkəzində istedadlı cazmen və bəstəkar, pianoçu Elçin Şirinovun və qrupunun konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunub.

Konsertdə, həmçinin Emiliya Yaqubova, Şamil Məmmədov, Ramiz Sevdiməliyev və Nicat Paşazadənin ifasında milli və xarici bəstəkarların əsərlərindən ibarət kompozisiya səsləndirilib.

Qeyd edək ki, Elçin Şirinov Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs alıb. O, çoxsaylı beynəlxalq festivallarda iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.