MƏDƏNİYYƏT
İstedadlı şagirdlərin ifaları dinlənilib
Oktyabrın 22-də Q.Qarayev adına mərkəzi incəsənət məktəbində Rusiya Federasiyasında fəaliyyət göstərən “Yeni adlar” ictimai fondunun nümayəndələrinin iştirakı ilə Bakı, Sumqayıt, Xırdalan şəhərlərindəki 10-a yaxın musiqi və incəsənət məktəbi şagirdlərinin ifaları dinlənilib.
AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Kamal Paşazadə bildirib ki, dinləmələr zamanı Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Bakıya gəlmiş “Yeni adlar” ictimai fondunun nümayəndələri bu uşaqlar içərisindən beş nəfər istedadlı məktəblini seçəcək. Bu yeniyetmələrə “Yeni adlar” ictimai fondunun mükafatları veriləcək.
Bundan başqa onların musiqi təhsilini Rusiyada davam etdirmələrinə kömək göstəriləcək, hər iki ölkəni təmsil edən istedadlı uşaqların birgə konsert proqramları təşkil olunacaq.
Həmçinin fondun nümayəndələri Bakı, Sumqayıt şəhərlərinin musiqi və incəsənət məktəblərində ustad dərsləri də keçəcəklər.
Sonra uşaqların ifalarının dinlənilməsin başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
- 19.04.2024 [11:14]
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
- 19.04.2024 [10:52]