İQTİSADİYYAT
İstehlak bazarına növbəti monitorinq aparılıb
Bakı, 27 aprel, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər zamanı Bakının Xəzər, Binəqədi, Sabunçu, Suraxanı rayonlarında, Sumqayıt, Şəki, Sabirabad, Yevlax, Neftçala, Quba, Xaçmaz, Masallı, Lənkəran, Qəbələ, Ağdam şəhərlərində mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.